Türkiyədə son sutkada 343 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 343 nəfər koronavirusdan ölüb
# 23 aprel 2021 22:19 (UTC +04:00)

Türkiyədə son sutkada 55 149 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 550 820 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 343 nəfər COVID-19-dan dünyasını dəyişib. İnfeksiyadan ölənlərin ümumi sayı 37 672 nəfərdir.

Hazırda ölkə üzrə 543 037 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3475 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 970 111 nəfər (son sutkada 60 176 nəfər) müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR