Gürcüstanda NATO günləri keçirilir

Gürcüstanda NATO günləri keçirilir
# 03 oktyabr 2019 09:13 (UTC +04:00)

Gürcüstanda NATO günləri keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, oktyabrın sonuna qədər davam edəcək NATO günləri çərçivəsində Gürcüstanın 10 müxtəlif bölgəsində 70 tədbirin keçirilməsi planlaşdırılıb. NATO günlərinin ilk tədbiri kimi NATO Baş katibinin müavini Rouz Qotemöllerin (Rose Gottmoyler) Qərbi Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşü planlaşdırılıb.

Səfər çərçivəsində NATO - Gürcüstan Komissiyasının görüşü də təşkil ediləcək.

NATO Baş katibinin müavini R. Qotemöllerin Gürcüstan Prezidenti, Baş Nazir, parlamentin sədri və digər hökumət nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılır.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə NATO-Gürcüstan siyasi dialoqunun və praktiki əməkdaşlığının dərinləşdirilməsi, Gürcüstanın NATO-ya qəbul edilməsi və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin dəvəti ilə NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Nümayəndə heyətinə alyansa 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qotemöller daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR