Almaniyada 11 şagird və müəllimi qətlə yetirən cinayətkar polislər tərəfindən öldürülüb

Almaniyada 11 şagird və müəllimi qətlə yetirən cinayətkar polislər tərəfindən öldürülüb
# 11 mart 2009 13:31 (UTC +04:00)
Ştutqart-APA. Ştutqart yaxınlığındakı Vinnenden qəsəbəsindəki orta məktəbdə 11 şagird və müəllimi qətlə yetirən cinayətkar alman polisləri tərəfindən öldürülüb. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları qatilin öldürülməsi faktını təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar. Bundan əvvəl alman kütləvi informasiya vasitələri qatilin intihar etdiyini, onun cəsədinin yerli ticarət mərkəzinin yaxınlığından tapıldığını yazıb. Qeyd edək ki, 11 şagirdi qətlə yetirən cinayətkarın 17 yaşı olub və o cinayəti törətdiyi məktəbdə təhsil alıb. Cinayətin motivi bəlli deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR