NATO-nun yeni strateji konsepsiyası hazırlanacaq

NATO-nun yeni strateji konsepsiyası hazırlanacaq
# 09 aprel 2009 12:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Yeni baş katibin seçilməsindən sonra NATO-nun əsas prioritetləri alyansın yeni strateji konsepsiyasının hazırlanması, o cümlədən digər dövlətlərlə, xüsusən Rusiya ilə tərəfdaşlıq münasibətlərinin inkişafı olacaq”. Bunu APA-ya açıqlamasında NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan-Fransua Büro deyib. O, NATO-nun baş katibi vəzifəsinin önəminə diqqət çəkərək məhz baş katibin üzvlər arasında konsesusu təmin etdiyini söyləyib: “Bilirsiniz ki, NATO-da qərarlar yalnız bütün üzvlərin razılığı və ümumi mövqeyi ilə qəbul olunur. Ona görə də baş katib təşkilatda əsas fiqurdur”.

Xatırladaq ki, NATO-nun aprelin 4-də keçirilən sammitində baş katib vəzifəsinə Danimarkanın baş naziri Anders Foq Rasmussenin namizədliyi bəyənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR