Turqut Özalın nəşi yenidən dəfn edilib - FOTOSESSİYA

Turqut Özalın nəşi yenidən dəfn edilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 oktyabr 2012 11:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, T. Özalın Türkiyə bayrağına sarılan tabutu bu gün səhər cənazə avtomobilinə qoyularaq polislərin müşayiəti ilə Ədliyyə Tibb Qurumundan Topqapıdakı məzarlığa aparılıb. Məzarlıqda əsgərlər tabutu çiyinlərinə alaraq məzara doğru aparıblar. Jurnalistlər məzarın ətrafına buraxılmayıb.

T. Özalın nəşi dini qaydalara uyğun şəkildə yenidən dəfn edilib. Dəfndə T. Özalın həyat yoldaşı Səmra Özal, oğlu Əhməd, qızı Zeynəb, Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış, İstanbulun bələdiyyə sədri Qədir Topbaş və digər şəxslər iştirak edib. Ailənin istəyi ilə məzarın üstü əvvəl olduğu kimi, mərmərlə örtülməyəcək və torpaq olacaq.

Qeyd edək ki, T. Özalın cəsədindən götürülən nümunələrin toksikoloji və kimyəvi analizi aparılacaq və onun zəhərlənib-zəhərlənmədiyi müəyyənləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR