Almaniyada koronaviirusa yoluxanların 73 faizini omicron ştamı təşkil edir

Almaniyada koronaviirusa yoluxanların 73 faizini omicron ştamı təşkil edir
# 14 yanvar 2022 01:25 (UTC +04:00)

Omicron ştamı Almaniyada dominant hala gəlib və yoluxanların 73%-ni təşkil edir.

APA xəbər verir ki, bu barədə cümə axşamı “Robert Koch” İnstitutunun yaydığı son hesabatda əks olunub.

Bildirilib ki, Omicron ştamı bir həftə əvvəl yoluxanların 44%-də aşkar edilmişdi.

Qeyd edək ki, Almaniyada 60,1 milyon insan (72%) peyvəndin iki dozasını alıb. 37 milyon (45%) nəfərə isə gücləndirici peyvənd vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR