Avropa İttifaqında qaza qənaətlə bağlı razılaşma qüvvəyə minib

Avropa İttifaqında qaza qənaətlə bağlı razılaşma qüvvəyə minib
# 09 avqust 2022 03:37 (UTC +04:00)

Qaz təchizatının pisləşməsinə görə Avropa Komissiyasının təklif etdiyi mavi yanacağa qənaətlə bağlı qərarı qüvvəyə minib.

APA xəbər verir, qərar ittifaqın Rəsmi Jurnalında dərc edilib.

Sənəddə göstərilir ki, Aİ-yə üzv ölkələrinin hər biri 1 avqust 2022 – 31 mart 2023-cü il tarixlərində əvvəlki illərlə müqayisədə qaz sərfiyyatını 15% azaltmalıdır. Ciddi qaz qıtlığı olacağı təqdirdə Avropa Şurasının vəsastəti əsasında fövqəladə hal elan oluna bilər. Bu təqdirdə qənaət rejimi hər bir dövlətin real şəraitinə uyğun həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR