Çavuşoğlu Çexiyaya səfər edəcək

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 09 iyun 2022 14:27 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çex Respublikasına səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Çavuşoğlu Çexiya XİN başçısı Jan Lipavskinin dəvəti ilə iyunun 10-11-də bu ölkədə səfərdə olacaq.

Keçiriləcək görüşlərdə Çexiya-Türkiyə arasında qarşılıqlı münasibətlər, Türkiyənin Aİ-yə namizədliyi, regional və qlobal məsələlər müzakirə olunacaq.

Türkiyə XİN başçısı 4-cü Avropa-Asiya Forumunda da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR