Finlandiya Prezidenti Baş nazirin Ukraynaya döyüş təyyarələri vermək təklifinə münasibət bildirib

Finlandiya Prezidenti Sauli Niinistö

© APA | Finlandiya Prezidenti Sauli Niinistö

# 13 mart 2023 16:46 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö Baş nazir Sanna Marinin Ukraynaya "Hornet" döyüş təyyarələrinin verilməsi təklifinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin Ofisi Niinistönün şərhini dərc edib.

"Ötən şənbə ABŞ-a səfərim ərəfəsində Baş nazirlə bu məsələ barədə danışdıq. Finlandiya Ukraynanın təcili ehtiyaclarına diqqət yetirib və bunu müdafiə avadanlıqlarının da daxil olduğu 13-cü yardım paketi ilə cavablandırılıb", - Finlandiya dövlət başçısı deyib.

Prezident vurğulayıb ki, "Hornet" döyüş təyyarələri üçün həlledici amil Finlandiyanın müdafiəsinin tələbləri ilə bağlıdır: "Hornet"lərin istismardan çıxarılmasından sonra baş verənlər fərqli müzakirə mövzusudur".

Xatırladaq ki, ötən həftə Kiyevdə səfərdə olan Finlandiya Baş naziri Sanna Marin mətbuat konfransında bildirib ki, onun ölkəsi "Hornet" döyüş təyyarələrini Ukraynaya verməyi nəzərdən keçirə bilər. Onun bu təklifi Finlandiyada birmənalı qarşılanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR