Fransa məhkəməsi ukraynalı milyarderi zaminə buraxıb

Konstantin Jevaqo

© APA | Konstantin Jevaqo

# 06 yanvar 2023 11:50 (UTC +04:00)

Fransanın Şamberi şəhər məhkəməsi ukraynalı milyarder və sabiq deputat Konstantin Jevaqonun 1 milyon avro girov müqabilində azadlığa buraxılmasına qərar verib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Jevaqo Ukraynaya ekstradisiyası ilə bağlı dinləmələr keçirilənə qədər zaminə buraxılıb.

Məhkəmə qərarına əsasən, Jevaqo hər iki pasportunu yerli hakimiyyət orqanlarına təhvil verməli, həftədə üç dəfə polis idarəsinə getməli və məhkəmə çağırışlarına cavab verməlidir.

Xatırladaq ki, Ukrayna tərəfi Konstantin Jevaqonu 113 milyon dollarlıq maliyyə yeyintisində ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR