Gürcüstanın “Vahid Milli Hərəkat" Partiyasının yeni sədri olacaq

Gürcüstanın “Vahid Milli Hərəkat" Partiyasının yeni sədri olacaq
# 26 aprel 2022 11:29 (UTC +04:00)

Gürcüstanın keçmiş Prezidenti Georgi Marqvelaşvili müxalif "Vahid Milli Hərəkat" Partiyasının sədri təyin edilir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Bildirilib ki, Georgi Marqvelaşvili təklifi Mixeil Saakaşvilidən qəbul edib və partiya artıq bu barədə qərar verib.

Qeyd edək ki, hazırda partiyanın sədri Nika Meliadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR