Hulusi Akar Britaniyanın müdafiə naziri ilə Ukraynanı müzakirə edib

Hulusi Akar Britaniyanın müdafiə naziri ilə Ukraynanı müzakirə edib
# 16 yanvar 2023 20:14 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

APA xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə naziri Ben Uolles Türkiyənin müdafiə naziri Akar ilə görüşərək müdafiə əlaqələrimizin gücləndirilməsi və regional təhlükəsizlik məsələləri, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi məsələlərini müzakirə edib”, - Britaniya MN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR