İsveçin vəliəhd şahzadəsi Gürcüstana səfər edəcək

İsveçin vəliəhd şahzadəsi Gürcüstana səfər edəcək
# 29 mart 2023 00:35 (UTC +04:00)

İsveçin vəliəhd şahzadəsi Viktoriya Gürcüstana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı İsveçin Gürcüstandakı səfirliyi “Facebook”da yayıb.

Bildirilib ki, martın 30-dək davam edəcək səfər çərçivəsində Şahzadə Viktoriya Gürcüstan Prezidenti Salome Zurabivili və Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası ilə görüşəcək.

Səfərin İsveçin 2023-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına prezidentliyi proqramı çərçivəsində baş tutacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR