Keçmiş xarici işlər naziri Latviya Prezidenti seçilib

Edqars Rinkeviçs

© APA | Edqars Rinkeviçs

# 31 may 2023 15:19 (UTC +04:00)

Latviyanın keçmiş xarici işlər naziri Edqars Rinkeviçs prezident seçilib.

APA xəbər verir ki, bu gün Latviya parlamenti ölkənin yeni prezidentini seçib.

Edqars Rinkeviçs 52 parlamentarinin dəstəyini qazanaraq ölkənin növbəti prezidenti seçilib. Digər namizəd iş adamı Uldis Pilens isə 25 səs alıb.

"Latviya Respublikasının Prezidenti seçilməkdən şərəf və qürur duyuram, Latviya xalqına yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm. Mən millət vəkillərinə göstərdikləri etimada görə təşəkkür edirəm", - Rinkeviçs bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR