Liz Trass kraliçanın ölümü ilə bağlı açıqlama verib

Liz Trass kraliçanın ölümü ilə bağlı açıqlama verib
# 08 sentyabr 2022 22:29 (UTC +04:00)

Böyük Britaniyanın Baş nazir Liz Trass kraliçanın ölümü ilə bağlı açıqlama verib.

APA-nın Britaniya bürosunun məlumatına görə, o, bunun millət və dünya üçün böyük şok olduğunu deyib və dərindən kədərləndiyini bildirib.

Baş nazir Kraliçanı müasir Britaniyanın üzərindəki qaya və Böyük Britaniyanın ruhu kimi təsvir edib.

O, cəmi iki gün əvvəl baş nazir kimi and içmək üçün Kraliça ilə Balmoral qəsrində görüşdüyünü, monarxın onun üçün şəxsi ilham olduğunu söyləyib.

Baş nazir bildirib ki, Kraliçanın vəzifəyə sadiqliyi hamı üçün nümunədir və bu gün böyük itki günüdür.

O, həmçinin bildirib ki, Kral Çarlzı dəstəkləmək və sadiqliyimizi və sədaqətimizi təqdim etmək üçün bir araya gəlmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR