Rusiya qoşunları Severodonetskin mərkəzində möhkəmlənib

Rusiya qoşunları Severodonetskin mərkəzində möhkəmlənib
# 01 iyun 2022 10:11 (UTC +04:00)

Rusiya qoşunları Severodonetskin şəhər mərkəzində möhkəmləniblər.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday bildirib. O, qeyd edib ki, Rusiya qüvvələri ötən gün Severodonetksin şimal, cənub və şərq rayonlarına hücum ediblər.

Əlavə edib ki, hücumlar nəticəsində şəhərin daxilində və xaricində infrastruktur obyektləri, sənaye müəssisələri, eləcə də yaşayış evləri dağıdılır.

Hayday şəhərin böyük hissəsinin artıq rusiyalıların nəzarətində olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR