Bolqarıstan parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib

Bolqarıstan parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib
# 23 iyul 2013 23:58 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, polis Bolqarıstan hökumətinin əleyhinə təşkil olunmuş aksiyanın bir neçə üzvünü saxlayıb.

Bundan əvvəl polis çıxışı bloklanmış parlament binasından bir qrup nazir, deputat və jurnalisti çıxarmağa cəhd edib. Bunun üçün parlamentin çıxışına avtobus gətirilib, lakin etirazçılar nəqliyyat vasitəsini daş-qalaq edərək, şüşələrini qırıblar. Onlarla etirazçı avtobusun qarşısında oturaraq onun hərəkət etməsinə mane olublar.

Parlamentin və bitişik küçənin işıqlandırılması dayandırılıb, polis insanların binadan çıxarılması ilə bağlı plan hazırlayır.

Keçmiş iqtidar partiyasından olan deputatlar qarşıdurmanın qarşısını almaq niyyəti ilə binanı tərk etmək istəmədiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR