Gürcüstanda daxili işlər nazirinin sabiq müavini saxlanılıb

Gürcüstanda daxili işlər nazirinin sabiq müavini saxlanılıb
# 16 noyabr 2012 00:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Daxili İşlər Nazirliyinin bir çox məmuru saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş prokurorluğu bəyanat yayıb. Bəyanatda bildirilir ki, nazirliyin 12 məmuru saxlanılıb. Məlumata görə, saxlanılan məmurların arasında Gürcüstan Daxili İşlər Nazirinin sabiq müavini Şota Xizanişvilinin adı da çəkilib. Xizanişvili vəzifəsindən sui istifadə etməkdə günühlandırılır. Onun günahları sübut olunarsa, o, 5 ildən 8 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, saxlanılana qədər Ş. Xizanişvili Tiflis Şəhər Meri Qiqi Uqulavanın müavini vəzifəsində işləyirdi. Tiflis Şəhər Meri Q.Uqulava Ş.Xizanişvilinin tutulmasının siyasi təqib olduğunu bildirib və onu bir peşəkar kimi tanıdığı barədə jurnalistlərə açıqlama verib və Ş.Xizanişviliyə zəmanət verməyə hazır olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR