Yunanıstan Türkiyənin hava məkanını bir neçə dəfə pozub

Yunanıstan Türkiyənin hava məkanını bir neçə dəfə pozub
# 28 aprel 2022 18:49 (UTC +04:00)

Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel 2022-ci il tarixləri arasında Didim, Datça və Dalamanda Türkiyənin hava məkanını dəfələrlə pozaraq ölkənin sahilləri yaxınlığında təxribat xarakterli uçuşlar həyata keçirib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin açıqlamasında deyilir.

O qeyd edib ki, Yunanıstan Xarici İşlər Nazirliyinin 27 aprel 2022-ci ildə Egey dənizində iki ölkənin hava qüvvələri arasında baş verən hadisələrlə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

“Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib. Gərginliyi başladan və artıran tərəf Yunanıstan olsa da, ölkəmizi əsassız şəkildə ittiham etmək iki ölkə arasında son vaxtlar müsbət gündəm və mehriban qonşuluq münasibətləri ilə bir araya sığmır. Biz yunan tərəfinin təxribatçı hərəkətlərə, ritorikaya son qoymasını və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün həm ikitərəfli, həm də NATO çərçivəsində başlanmış Etimad Tədbirləri prosesini səmimi şəkildə dəstəkləməsini gözləyirik”, - bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR