Zalkaliani: “Gürcü xalqının seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır”

David Zalkaliani

© APA | David Zalkaliani

# 24 yanvar 2022 19:24 (UTC +04:00)

Qərbdəki tərəfdaşlar Buxarest sammitinin Gürcüstanla bağlı qərarını bir daha nəzərdən keçirməyi planlaşdırmır.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Brüsseldə və Baltikyanı ölkələrdə keçirdiyi görüşlərdə, eləcə də apardığı telefon danışıqlarında Qərbdəki tərəfdaşları öz mövqelərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Bizim seçimimiz Avro-Atlantik strukturlara tam inteqrasiyadır. Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub”, - D. Zalkaliani qeyd edib.

Nazir vurğulayıb ki, Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR