Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısı alınıb

Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısı alınıb
# 30 mart 2020 21:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

30 mart tarixində 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR