Bitkoinin qiyməti ilk dəfə 45 min dolları ötüb

Bitkoinin qiyməti ilk dəfə 45 min dolları ötüb
# 09 fevral 2021 03:35 (UTC +04:00)

Bitkoinin qiyməti ticarət sessiyasında 15,77% bahalaşaraq (Bakı vaxtı ilə saat 02:49-da) 45 min dollara yüksəlib.

APA xəbər verir ki, bu barədə “CoinDesk” portalında dərc olunub.

Belə olan halda, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 02:52-yə olan məlumata görə, bitkoinin dəyəri 44 949 dollar (+15,64%) təşkil edib.

Bahalaşma “Tesla” şirkətinin bitkoin kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırması barədə xəbərlərin fonunda baş verib. Şirkət yaxın gələcəkdə öz məhsullarının ödənişi üçün bitkoindən istifadə edəcəyini planlaşdırdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR