Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib

Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib
  • Clock-gray 16:05
  • calendar-gray 28 Oktyabr 2020

Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Qeyd edək ki, həmin hücum nəticəsində 13 nəfər xəsarət almışdı.

apa-logo-mini

Digər xəbərlər