Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB
  • Clock-gray 18:50
  • calendar-gray 25 Oktyabr 2020

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, mərasimdə şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun müəllimləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mülki əhaliyə qarşı törədilən bu terror nəticəsində 26 nəfərin həlak olduğunu, 138 nəfərin yaralandığını bildirib: “Ermənistan tərəfindən törədilən terror nəticəsində cəbhə xəttindən uzaqda olan Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncə raket hücumuna məruz qaldı. Şəhərə atılan 13 raketdən 8-i partlayıb, mülki əhali ciddi zərər çəkib. “Skad” tipli raketlərin atılmasının qadağan olunmasına baxmayaraq onun Gəncəyə düşməsi nəticəsində 26 Gəncəli həyatını itirib, 138 nəfər ağır yaralanıb. 750-dən çox yaşayış evi və mülki obyektlərə ziyan dəyib. İndi biz 13 yaşlı yeniyetmənin anım mərasiminə yığışmışıq. O nənəsigilə qonaq gəlmişdi. Heç kimin ağlına belə gəlməzdi ki, bu gün burda onun xatirəsi anılacaq. Allah ona rəhmət eləsin”.

Niyazi Bayramov erməni terroru nəticəsində Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin də zərər çəkdiyini qeyd edib: “Bu terror nəticəsində indi dayandığımız kilsəyə də ciddi ziyan dəyib. Bütün şüşələr sınıb, divarlarda çatlar yaranıb. Bu gün Azərbaycan haqq savaşındadır və öz torpaqları uğrunda vuruşur. Biz başqasının torpağında vuruşmuruq. 30 il faşist Ermənistanla danışıqlar yolu ilə öz torpaqlarımızı geri almaq istədik. Müharibəni onlar başlayıblar. Humanitar atəşkəsin imzalanmasına baxmayaraq bir neçə saat sonra Ermənistan Gəncəni raket atəşinə tutub”.

Anım mərasimi zamanı kilsədə dualar oxunub, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi terrorun digər qurbanlarının xatirəsi anılıb.

***

11.36

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakov ilə anım mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun müəllimləri iştirak edirlər. Kilsədə dualar oxunur, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi  terrorun qurbanlarının xatirəsi anılır.

 

FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib - FOTO - YENİLƏNİB">

Fuad Nazimoğlu

Digər xəbərlər