Şoyqu: 2023-cü ildə dövlət müdafiə sifarişinin maliyyələşdirilməsi 1,5 dəfə artacaq

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 30 noyabr 2022 14:07 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin daimi hazırlıq hissələri 2023-cü ildə 97% səviyyəsində silahlarla təmin edilməlidir, bu səbəbdən növbəti il üçün dövlət müdafiə sifarişinin maliyyələşdirilməsi 1,5 dəfə artacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin hərbi kollegiyasının iclasında bildirib.

"Gələn il əlavə ayrılan büdcə vəsaitləri nəzərə alınmaqla, dövlət müdafiə sifarişinin maliyyələşdirilməsinin həcmi təxminən 1,5 dəfə artacaq. Bu, birləşmə və hərbi hissələrin silah və texnikanın daimi hazırlığının 97 faiz səviyyəsində təmin edilməsinə imkan verəcək”, - deyə Şoyqu vurğulayıb.

O əlavə edib ki, silah istehsalının mümkün olan maksimum həcmini saxlamaq, qoşunlara qabaqcıl tədarükləri təşkil etmək vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR