Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 232-yə çatıb

Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 232-yə çatıb
  • Clock-gray 11:29
  • calendar-gray 30 İyul 2020

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 232 nəfərə çatıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 162 nəfərdir, 69 nəfərin isə müalicəsi davam edir.

Hazırda 125 nəfər karantindədir.

Zümrüd Paşkin

Digər xəbərlər