Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib

Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib
# 10 oktyabr 2020 15:37 (UTC +04:00)

“Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR