Erməni əsirliyində olmuş hərbçi: “Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular”

Erməni əsirliyində olmuş hərbçi: “Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular”
# 05 yanvar 2021 14:10 (UTC +04:00)

“Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində biz öz vətənimizə qayıtmışıq”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.

O bildirib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb, 5 gün meşədə qaldıqdan sonra əsir götürülüb: “34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR