Kreml: Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə ola bilər

Kreml: Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə ola bilər
# 15 oktyabr 2020 15:03 (UTC +04:00)

Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada məsələ ilk növbədə münaqişə tərəflərinin buna hazır olub-olmamasıdır, məhz Azərbaycan və Ermənistanın. Bölgəyə hər hansı sülhməramlıların və ya müşahidəçilərin - kim olur olsun - yerləşdirilməsi ancaq hər iki tərəfin razılığı ilə mümkündür. Hələlik biz buna cavab eşitməmişik", - deyə D. Peskov “Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent göndərməyə hazırdırmı” sualına cavabında vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR