Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etməkdən imtinası münaqişənin yeni dalğasına səbəb olmayacaq

Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etməkdən imtinası münaqişənin yeni dalğasına səbəb olmayacaq
# 18 noyabr 2020 12:09 (UTC +04:00)

“Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR