Nazir: “Ermənistan 30 il nəzarətdə saxladığı ərazilərdə azərbaycanlıların meyitlərinin axtarışı ilə bağlı addım atmayıb”

Nazir: “Ermənistan 30 il nəzarətdə saxladığı ərazilərdə azərbaycanlıların meyitlərinin axtarışı ilə bağlı addım atmayıb”
# 30 aprel 2021 14:14 (UTC +04:00)

“Bir sıra Avropa ölkələri postsovet məkanındakı münaqişələrə eyni yanaşmırlar, selektiv yanaşma göstərirlər. Biz bu məsələni bu gün litvalı həmkarımla da müzakirə etdik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O, litvalı həmkarına münaqişə ilə bağlı məsələləri Ermənistanın qarşısında qaldırdığı üçün təşəkkür edib.

“Bəzi ölkələrdən obyektiv yanaşma görürük, onlar hər iki tərəfdən mövqe öyrənirlər. Biz bütün beynəlxalq təşkilatları minalarla bağlı məlumatlandırmışıq. Biz Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı məsələni qaldırmışıq. Mən indi tərəflərin bu məsələyə yanaşmasına diqqət çəkmək istərdim. Amma heç kim bu fərqli yanaşmanı görmür. 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə həlak olan erməni hərbçilərinin meyitlərinin axtarışı üçün şərait yaradılıb. Rusiya sülhməramlıları ilə birgə erməni hərbçiləri də axtarışlarda iştirak edib.

Amma 30 il ərzində Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı istiqamətində heç bir addım atmayıb və Ermənistan ciddi qınaq obyektinə çevrilməyib. Bir neçə gün öncə Kəlbəcərdə kütləvi məzarlıq tapıldı. Deməli bu cür kütləvi məzarlıqlar məlum idi, amma bununla bağlı Ermənistan tərəfi heç bir addım atmamışdı. Bu insanlığa sığan bir hərəkət deyil”, - deyə C. Bayramov qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR