Rusiya XİN: Vasitəçiliyimiz sayəsində Dağlıq Qarabağda hərbi toqquşmalar bitib və sülh bərpa olunub

Rusiya XİN: Vasitəçiliyimiz sayəsində Dağlıq Qarabağda hərbi toqquşmalar bitib və sülh bərpa olunub
# 29 dekabr 2020 11:27 (UTC +04:00)

“Rusiyanın regional münaqişələrin və böhranlı vəziyyətlərin nizamlanması ilə bağlı səyləri konkret nəticələr verib. Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda hərbi toqquşmalar bitib və sülh bərpa olunub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu, Rusiya Xarici işlər Nazirliyinin (XİN) 2020-ci ilin Əsas xarici siyasət yekunlarında əksini tapıb.

Bildirilib ki, əhaliyə fövqəladə humanitar yardım göstərilib, qaçqınların qayıtması üçün şərait yaradılıb, sülhməramlı əməliyyat həyata keçirilib və atəşkəsə nəzarət olunması üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılması razılaşdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR