Xocalı soyqırımı haqda sənədli film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir

Xocalı soyqırımı haqda sənədli film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir
  • Clock-gray 10:16
  • calendar-gray 28 Fevral 2020

Xocalı soyqırımından bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kino ustaları tərəfindən çəkilmiş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin fevralın 26-dan etibarən Kaliforniya ştatının ictimai kanallarında nümayişinə start verilib.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın Palo Alto, Menlo Park, Şərqi Palo Alto və Aterton şəhərlərindəki yerli ictimai kanallarda başlanılıb və nümayiş iki ay müddətində davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

Filmdə Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.

Sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date