Ərdoğan: “Qazaxın işğal altındakı əraziləri 20 noyabra qədər Azərbaycana təhvil veriləcək”

Ərdoğan: “Qazaxın işğal altındakı əraziləri 20 noyabra qədər Azərbaycana təhvil veriləcək”
  • Clock-gray 15:43
  • calendar-gray 11 Noyabr 2020

“İşğal altındakı torpaqların və Qarabağın bütünlüklə işğaldan azad edilməsi ilə əlaqədar qardaşım, dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, imzalanan anlaşmaya əsasən, azad edilməmiş Azərbaycan torpaqları da Azərbaycana veriləcək: “Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təhvil verəcək. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər