ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
APA xəbər verir ki, sentyabrın 16-da keçirilən səsvermə nəticəsində layihə 262 lehinə, 159 əleyhinə səslə təsdiqlənib.
Qeyd edək ki, qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqlənmişdi.
Qanun layihəsi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini, o cümlədən ölkənin enerji sektoruna və neft daşıyan “kölgə donanmasına” qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur.
Sənədin qanuna çevrilməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.