Bank Of Baku

Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb

Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
# 17 sentyabr 2026 03:00 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Kanada mənşəli məhsulların ABŞ-da dövlət satınalmaları sistemindən çıxarılması üçün siyahının hazırlanmasını tapşırıb.

APA xəbər verir ki, Tramp Kanada hökumətinin ABŞ şirkətlərinə qarşı əsassız yeni ticarət maneələri tətbiq etdiyini, buna baxmayaraq Kanada şirkətlərinin ABŞ-ın dövlət satınalmaları sisteminə güzəştli çıxış əldə etməkdə davam etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət satınalmalarında Kanada mallarının ümumi dəyəri 280 milyard dollardan çoxdur.

Tramp Ağ Evin İnzibati və Büdcə İdarəsinin direktoru Rassel Vota ABŞ Ticarət Nümayəndəliyinin aparatı və federal qurumların rəhbərləri ilə birlikdə dövlət satınalmalarında Kanada mənşəli və müvafiq əsaslar olduqda sistemdən çıxarıla və ya alınması qadağan edilə biləcək məhsulları müəyyənləşdirməyi tapşırıb. Tapşırığa əsasən bu məhsulların ABŞ istehsalı alternativlərinin siyahısı da hazırlanacaq.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın müvafiq qurumlarına illik 50 milyard dollar həcmində dövlət satınalmaları planlarından Kanada məhsullarının çıxarılmasını tapşırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR