I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlanıb - EKSKLÜZİV

I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlanıb - <span style="color: red;">EKSKLÜZİV
# 13 yanvar 2014 14:56 (UTC +04:00)

APA-nın məlumatına görə, döyüş əməliyyatlarında 11557 Azərbaycan hərbçisi şəhid olub.

Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi saytında döyüş əməliyyatlarında iştirak edərək şəhid olmuş şəxslərin adları yerləşdirilib.

Bəzi rayonlar üzrə təqdim olunan siyahılar tam olmasa da, bu ilkin rəqəm 1991-1994-cü illərdə şəhid olmuş Azərbaycan əsgərlərinin ilk rəsmi siyahısı sayıla bilər. Şəhidlər siyahısında hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır.

Qeyd edək ki, siyahıya döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları daxil deyil.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR