Müsavat parlament rəhbərliyinin MSK-da iki nümayəndə ilə təmsil olunmaq təklifini qəbul etməyib
14 dekabr 2006 10:10 (UTC +04:00)
“Müsavat Partiyası parlament rəhbərliyinin Mərkəzi Seçki Komissiyasında iki nümayəndə ilə təmsil olunmaq barədə təklifini qəbul etməyib”. Bu barədə APA-ya “Müsavat” deputat qrupunun üzvü Arzu Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, Milli Məclis hələ ötən ilin dekabrında Müsavata məktub göndərərək MSK-ya partiyadan iki nümayəndə təqdim edilməsini istəyib. Son bir neçə gündə isə parlament rəhbərliyinin onlara dəfələrlə şifahi şəkildə müraciət etdiyini bildirən A. Səmədbəyli Müsavatın istənilən halda hazırkı prinsiplərlə formalaşan MSK-da təmsil olunmayacağını vurğulayıb: “Beynəlxalq təşkilatlar və Azərbaycan müxalifəti MSK-nın paritet əsaslarla formalaşdırılmasını təklif edib və bu mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Əgər parlament MSK-nı Müsavatın təmsilçiliyi olmadan hazırkı prinsiplərlə formalaşdıracaqsa, o zaman həm beynəlxalq, həm də yerli ictimaiyyətin mövqeyini nəzərə almamış olacaq. Bu da hakimiyyətə baha başa gələcək”. /APA/
Daxili siyasət
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
11:50
25 aprel 2024