Türkmənbaşının dəfn mərasiminə baş nazir Artur Rəsizadə və xarici işlər nazirinin müavini Xələf Xələfov qatılacaq

Türkmənbaşının dəfn mərasiminə baş nazir Artur Rəsizadə və xarici işlər nazirinin müavini Xələf Xələfov qatılacaq
# 22 dekabr 2006 13:45 (UTC +04:00)
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, dəfn mərasiminə Azərbaycanın baş naziri Artur Rəsizadə və xarici işlər nazirinin müavini Xələf Xələfov qatılacaqlar. Bundan başqa Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Elxan Hüseynov da dəfn mərasiminə qatılacaq. Nümayəndə heyətinin Aşqabada sabah yola düşəcəyi gözlənilir. Qeyd edək ki, Saparmurad Niyazovun dəfn mərasimi dekabrın 24-də Bakı vaxtı ilə saat 10.00-da keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR