Trayan Basesku: “Dondurulmuş münaqişələr Avropa İttifaqı, ABŞ və Türkiyənin birgə səyləri ilə tezliklə həll olunmalıdır”

Trayan Basesku: “Dondurulmuş münaqişələr Avropa İttifaqı, ABŞ və Türkiyənin birgə səyləri ilə tezliklə həll olunmalıdır”
# 28 dekabr 2006 09:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Rumıniya prezidenti Trayan Basesku Fransanın “Le Monde” qəzetinə açıqlamasında bildirib. O, beynəlxalq ictimaiyyəti Aİ-nin qapısı ağzındakı münaqişələrin tezliklə həlli üçün bütün səylərindən istifadə etməyə çağırıb: “Rumıniya bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Münaqişələr istənilən vaxt alovlana bilər. Yalnız Avropa İttifaqı, ABŞ və Türkiyənin birgə səyləri ilə bu problemləri həll etmək mümkündür. Biz ümumi dil tapmasaq, qeyd etdiyim zona bütün Avropa üçün təhlükə ocağına çevriləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR