Robin Sivord: “İqtidar-müxalifət dialoqunun baş tutacağına inanıram”

Robin Sivord: “İqtidar-müxalifət dialoqunun baş tutacağına inanıram”
# 29 dekabr 2006 10:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri səlahiyyətlərini icra edən Robin Sivord verib. O, siyasi dialoqun baş tutmasını mümkün sayıb. “Siyasi dialoqun baş tutması mümkündür, hətta prezident belə hakimiyyətin belə bir dialoqun baş tutmasında maraqlı olduğunu bildirib. İndi bu məsələnin partiyalar arasında razılaşdırılması qalır. Hesab edirəm ki, iqtidar-müxalifət dialoqu baş tutacaq”. Robin Sivord ATƏT-in Bakı Ofisinin Azərbaycanda müsbət proseslərin inkişafına daim yardım göstərməyə hazır olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR