Bakıda Dünya Azərbaycan və Türkiyə Diaspora Təşkilatlarının I Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycan və Türkiyə Diaspora Təşkilatlarının I Forumu keçiriləcək
# 30 dekabr 2006 11:02 (UTC +04:00)
Gələn il martın birinci yarısında Bakıda Dünya Azərbaycan və Türkiyə Diaspora Təşkilatlarının I Forumu keçiriləcək. APA-nın məlumatına görə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bununla bağlı zəruri tədbirlər görülüb və forumda dünyanın bütün diaspora təşkilatlarının iştirakı nəzərdə tutulub. N. İbrahimov forumda diaspora təşkilatlarının birgə fəaliyyətlərinin istiqamətləndirilməsi məqsədilə strateji planın qəbul ediləcəyini də qeyd edib: “Türkiyə və Azərbaycan diaspora təşkilatları artıq bir neçə ildir birgə fəaliyyət göstərirlər. Bu baxımdan onların xüsusi strukturlaşmasına ehtiyac yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR