“Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri” adlı hesabat təqdim ediləcək

“Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri” adlı hesabat təqdim ediləcək
# 25 yanvar 2023 14:07 (UTC +04:00)

Milli Məclisdə nifrət nitqi ilə bağlı dinləmə keçiriləcək.

APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Qeyd edilib ki, komitə tərəfindən sessiya müddətində nifrət nitqi ilə bağlı qanunvericilik sahəsində dinləmələr keçiriləcək.

Eyni zamanda, “Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri” adlı hesabat təqdim ediləcək.

Qeyd edilib ki, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və İnsan hüquqları komitəsinin birgə hazırladığı “Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri” adlı hesabatın təqdimatının Milli Məclisdə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR