“Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib - FOTO

“Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib - FOTO
# 10 may 2022 17:55 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Elşad İsgəndərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və BMTM-nin əməkdaşı Gülşən Paşayeva çıxış ediblər.

Fərid Şəfiyev qeyd edib ki, Ulu Öndər tərəfindən atılan addımlar 20 ildə Azərbaycanın inkişafını təmin edib.

Millət vəkili Zahid Oruc əlavə edib ki, Heydər Əliyev haqda danışarkən bitkin fikir demək mümkün deyil: “90-cı illərdə parlamentdə bir fikir səsləndirilmişdi ki, iki dövrün qəhrəmanı olmaq mümkün deyil. Bu sözü deyən Xeyrulla Əliyev və digərləri də gördü ki, Heydər Əliyev hər iki dövrün adamı idi, həm Sovet, həm də müstəqillik dövrünün. Heydər Əliyev yalnız hakimiyyət adamı deyildi, həm də sadə xalqın lideri idi".

Urxan Ələkbərov deyib ki, Azərbaycanın inkişafı inklüziv cəmiyyətin mövcudluğundan asılıdır: “Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. İnklüziv inkişaf ölkəmizdə prioritet inkişaf istiqamətlərindəndir. Azərbaycan inklüziv cəmiyyətin keçid ölkələri sırasında 3-cü yerdədir. İlk iki yerdə olanlar isə Avropa İttifaqının üzvü olan ölkələrdir".

Elşad İsgəndərov qeyd edib ki, Ulu Öndər xarici siyasətimizin balanslaşdırılmasını təmin edib. O vurğulayıb ki, Heydər Əliyev milli maraqları hər şeydən üstün tuturdu". “Bununla da Azərbaycan bir çox beynəlxalq iqtisadi, siyasi, sosial sistemlərə inteqrasiya edib. Bunun bariz nümunəsi “Əsrin müqaviləsi”dir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR