MSK sədri: "Qarşıdakı əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir"

MSK sədri: "Qarşıdakı əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir"
# 17 mart 2022 16:28 (UTC +04:00)

“Hazırda ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Sədr bildirib ki, məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilib dairə seçki komissiyaları tərəfindən MSK-ya təqdim ediləcək: “Seçki Məcəlləsinin tələbinə görə, biz may ayına qədər seçici siyahılarının dəqiqləşdirilməsini tam başa çatdırmalıyıq. Komissiya üzvləri də bu və ya digər imkanlardan istifadə edərək bu işdə iştirak etsin. Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR