Parlamentdə “Tarixi torpaqlar haqqında” qanunun qəbulu təklif edilib

Zahid Oruc

© APA | Zahid Oruc

# 01 fevral 2023 12:02 (UTC +04:00)

Zahid Oruc “Tarixi torpaqlar haqqında” qanun qəbul olunması təklifi ilə çıxış edib.

APA-nın xəbərinə görə, Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, İrandakı 30 milyon azərbaycanlıdan səfirliyimizə qarış terror aktı ilə bağlı həmrəylik istəyirik: “Biz aydınlaşdırmağa çalışmalıyıq ki, İranın, Cənubi Azərbaycanın tarixi, Cənubi Azərbaycanın qəhrəmanları barədə nə bilirik? Ekspertlərimiz, tarixçilərimiz nə bilir? Daha peşəkar təlimə, maarifləndirməyə ehtiyac var. İranda bu yöndə yaradılacaq bir qığılcım “Harop”dan da təsirli olacağını görəcəyik. Ona görə də belə bir qanunun qəbulu vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR