Azərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib

Azərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib
# 27 sentyabr 2008 13:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XI qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda 25 rayon təşkilatından seçilən 103 nümayəndədən 89-u iştirak edib. Toplantıya telefonla qatılan partiyanın həmsədri Ayaz Mütəllibov qurumun qarşılaşdığı problemlərin birlikdə aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb: “Hələ də bəzi rayonlarda təşkilatlarımız yoxdur. Rayon təşkilatlarının sayı artırılmalıdır”. A. Mütəllibov partiyanın sıralarının genişləndirilməsi üçün yerli təşkilatların fəaliyyətinə diqqətin artırılmasının zəruriliyini qeyd edib: “Partiyada yaranan narazılıqlarda heç kimə üstünlük vermirəm”. Partiyanın digər həmsədri Araz Əlizadə isə çıxışında ölkədəki ictimai-siyasi proseslərdən danışıb və ASDP-nin bu proseslərdən kənarda qalmadığını deyib. O, partiyadaxili problemlərə də toxunub: “Ayaz Mütəllibov partiyaya qoşulduqdan sonra çoxlu sayda insan quruma üzv yazıldı. Ancaq Ayaz Mütəllibovun ölkəyə qayıdışında problemlər yarandığını hiss edənlər yavaş-yavaş uzaqlaşdılar”. A. Əlizadə partiyanın maddi çətinliyinin olduğunu da gizlətməyib.

Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP-nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR