Belarus səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Belarus səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 26 noyabr 2019 19:32 (UTC +04:00)

Bu gün Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Qubaya səfər edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, diplomat Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib.

Daha sonra səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qonağa ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.

Səfir sonda xatirə dəftərinə ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR