Jurnalistlər Milli Məclisin plenar iclasına buraxılmayacaq

Jurnalistlər Milli Məclisin plenar iclasına buraxılmayacaq
# 09 iyun 2020 11:42 (UTC +04:00)

Jurnalistlər Milli Məclisin plenar iclasına buraxılmayacaq.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata əsasən, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə KİV və mətbuat nümayəndələri ümumiyyətlə dəvət edilməyəcək.

İclasın gedişi ilə bağlı şöbə tərəfindən video, foto və press-reliz jurnalistlərə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR