Bank Of Baku

Kiyev və Paris HHM sistemlərinin Ukraynada istehsal edilməsi ilə bağlı iş aparır

Ukrayna prezidenti Volodimir Zelesnki və Fransa prezidenti Emmanuel Makron

© APA | Ukrayna prezidenti Volodimir Zelesnki və Fransa prezidenti Emmanuel Makron

# 22 sentyabr 2026 11:14 (UTC +04:00)

Ukrayna və Fransa “SAMP/T” Hava Hücumundan Müdafiə sistemlərinin Ukraynada istehsal edilməsi üzərində çalışır.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşünə dair bildirib.

O, Makronla görüşündə təhlükəsizlik məsələləri və Ukraynaya qış üçün dəstək paketinin əsas müzakirə predmetləri olduğunu qeyd edib.

Zelenski “SAMP/T” sistemlərinin Avropa İttifaqının Kiyev üçün ayırdığı kredit dəstəyi ilə alınacağını və gələcəkdə bu sistemlərin Ukraynada istehsalı üzərində iş aparıldığını vurğulayıb.

“Biz həm də tərəfdaşlarımızla “FREYJA” anti-ballistik sistemlərinin birgə istehsalı üzərində çalışırıq. Bu il ilkin nəticələri gözləyirik”, - Zelenski bildirib.

O, Ukrayna xalqının müdafiəsi üçün hər şeyin ediləcəyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR